...

Müsavat Partiyası yürüş-mitinq keçirəcək

Siyasət Materials 4 Sentyabr 2006 17:54 (UTC +04:00)

Müxalifətyönlü Müsavat Partiyası Divanının sentybarın 4-də keçirdiyi toplantısında partiyanın sentyabrın 23-də yürüş-mitinq keçirmək qərarı qəbul edilib. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, yürüş ölkədəki sosial problemlərlə bağlıdır: "Yürüşün marşrutu hələlik dəqiqləşməsə də, aksiyanın ənənəvi marşrutlardan biri üzrə keçiriləcəyi gözlənilir. Aksiyanın marşrutu dəqiqləşəndən sonra Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq".

Divanın iclasında regionda yaranmış vəziyyət də müzakirə mövzularından olub. Partiyanın Divanı İran İslam Respublikasının BMT Təhlükəsizlik Şurasının qərarlarına, beynəlxalq təşkilatların uranın zənginləşdirilməsi proqramının dayandırılması barədə tövsiyyələrinə məhəl qoymaması həm region üçün, həm də bütövlükdə dünyada sülh və əmin-amanlıq üçün təhlükə mənbəyi olaraq qaldığını qeyd edir və İranı Təhlükəsizlik Şurasının qərarlarına əməl etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti