...

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçıları transmilli mütəşəkkil dəstəni zərərsizləşdirib

Siyasət Materials 6 Sentyabr 2006 19:08 (UTC +04:00)

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyatçıları İran-Azərbaycan-Rusiya marşrutu ilə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan transmilli mütəşəkkil dəstəni zərərsizləşdirib. Bu barədə Trend ə MTN-nin ictimai əlaqələr mərkəzindən məlumat verilib.

Daxil olan əməliyyat məlumatları əsasında avqustun 28-də İran İslam Respublikasının (İİR) vətəndaşı, 1971-ci il təvəllüdlü Abbaspur Fərəmərz Nostarabad Bəhmən oğlunun idarə etdiyi "Volvo" markalı, THR-64245 dövlət nömrə nişanlı yük avtomaşını Masallı rayonu ərazisində saxlanılıb. Baxış zamanı avtomaşının yük yerindən 59 kiloqrama yaxın narkotik vasitə olan həşiş və 7 kiloqram 419,35 qram tiryək aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirləri nəticəsində eyni vaxtda həmin narkotik vasitələrin sifarişçisi Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Salamzadə Musa Tofiq oğlu və transmilli mütəşəkkil dəstənin daha bir neçə üzvü - İİR vətəndaşı Abbasi Pur Həmid Sədrəddin oğlu, Lənkəran rayon sakini Abdullayev Həsənağa Böyükağa oğlu, Bakı şəhər sakini Məmmədrzayev Əfrayıl İsmayıl oğlu və Gəncə şəhər sakinləri Abbasov Gülağa Qərib oğlu ilə Qocayev Elbrus İsa oğlu da yaxalanıb.

Dəstənin bəzi üzvlərinin mənzillərinə baxış zamanı külli miqdarda narkotik vasitə və odlu silah da aşkar edilib.

Faktla əlaqədar MTN-nin İstintaq Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti