...

Bələdiyyə seçkilərini izləmək üçün 4270 yerli müşahidəçi dairə seçki komissiyalarında qeydə alınıb

Siyasət Materials 8 Sentyabr 2006 17:19 (UTC +04:00)

Bu il Azərbaycanda oktyabrın 6-da təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 4270 nəfər yerli müşadidəçi dairə seçki komissiyalarında qeydə alınıblar. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Müşahidəçilərdən 2131 nəfəri siyasi parityalar tərəfindən irəli sürülüb. 2039 nəfər isə öz təşəbbüsü ilə müşahidəçilik edəcək.

Bələdiyyə seçkilərində 4587 nəfər namizəd iştirak edir. İndiyədək ümumilikdə 40 nəfər namizədliyini geri götürüb.

Xəbər lenti

Xəbər lenti