...

AHB noyabr ayında Bakı və Sumqayıtda "Korrupsiyaya qarşı mübarizə aylığı" keçirəcək

Siyasət Materials 11 Sentyabr 2006 11:18 (UTC +04:00)

Azadlıq Hərəkatçıları Birliyi (AHB) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə AHB mətbuat xidmətindən bildiriblər.

Toplantıda AHB Ağsaqqallar və Qadınlar Şuralarının yaradılması, noyabr ayında Bakı və Sumqayıt şəhərlərində keçiriləcək "Korrupsiyaya qarşı mübarizə aylığı"na hazırlıq işlərinin gedişi, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı birgə fəaliyyətə dair Bəyannamə layihəsi, Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərmiş insanların təltif olunması məqsədilə diplomun təsis edilməsi və bir sıra təşkilatdaxili məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, AHB 1988-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatının bir qrup iştirakçısı tərəfindən yaradılıb. AHB-də bir neçə siyasi partiya və 20-dən artıq QHT təmsil olunur. AHB Ali İdarə Heyətinin sədri Təhmasib Novruzovdur.

Xəbər lenti

Xəbər lenti