...

MSK sədri: "Bələdiyyə seçkilərinə dair bülleten və protokollar sentyabrın 15-dən dairə seçki komissiyalarına paylanacaq"

Siyasət Materials 12 Sentyabr 2006 17:39 (UTC +04:00)
MSK sədri: "Bələdiyyə seçkilərinə dair bülleten və protokollar sentyabrın 15-dən dairə seçki komissiyalarına paylanacaq"

Sentyabrın 15-dən bələdiyyə seçkilərinə dair seçki bülletenləri və protokollar dairə seçki komissiyalarına paylanmağa başlanacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, protokllar və bülletenlər karbonlaşdırılmış kağızlarda çap olunub və MSK-ya gətirilib. Sənədlər sentyabrın 15-də seçki keçiriləcək dairə seçki komissiyalarına paylanacaq. M.Pənahov onu da deyib ki, bələdiyyə seçkiləri ilə bağlı sentyabrın 23-də MSK-da ümumrespublika seminar-müşavirəsi keçiriləcək.

MSK sədri bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini izləyəcək müşahidəçilər barədə də məlumat verib. MSK-da 33 nəfər, dairə seçki komissiyalarında isə 5754 nəfər müşahidəçi qeydə alınıb.

Bələdiyyə seçkilərinin keçirildiyi dairələr üzrə seçki məntəqələrinin sayı 950-dir. Bələdiyyə üzvlüyünə namizədlərin sayında da dəyişiklik var. Hazırda seçkidə iştrak edən namizədlərin sayı 4576 nəfər olub. İndiyədək 51 nəfər nmizədliyini geri götürüb. Namizədlərdən 249-u qadındır.

Xəbər lenti

Xəbər lenti