...

Azərbaycan baş nazirinin müavini Türkiyənin mədəniyyət və turizm nazirini qəbul edib

Siyasət Materials 12 Sentyabr 2006 17:41 (UTC +04:00)

Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev sentyabrın 12-də Bakıda Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koçu qəbul edib. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Tərəflər iki ölkə arasında mədəniyyət, turizm, konkret layihələrin gerçəkləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

A. Koç Azərbaycanın son illər ərzində sürətli inkişafını və Bakıda keçirilmiş İslam Konfransı Təşkilatı ölkələri turizm nazirlərinin V konfransının əhəmiyyətini xüsusi olaraq qeyd edib.

Xəbər lenti

Xəbər lenti