...

Bakı banklararası valyuta birjasının başçısı: Azərbaycanın birja valyuta bazarının həcmi 1 mlrd. ABŞ dollarını keçib

Siyasət Materials 14 Sentyabr 2006 15:35 (UTC +04:00)
Bakı banklararası valyuta birjasının başçısı: Azərbaycanın birja valyuta bazarının həcmi 1 mlrd. ABŞ dollarını keçib

İxracın artması birja valyuta bazarının həcminin artmasına yaxşı təsir göstərir. Bu barədə Bakı banklararası valyuta birjasının (BBVB) başçısı Fərhad Əmirbəyov Trend ə eksklüziv olaraq bildirib.

Bu, manatın möhkəmlənməsi zəminində baş verir və neft sahəsində daxilolmaların artması ilə əlaqədardır. Nəticədə 2006-cı il sentyabr ayına olan məlumata görə birja bazarının həcmi 1 milyard ABŞ dollarını ötüb.

"Milli valyutanın ucuzlaşması hər zaman ekspertlərin narazılığına səbəb olub, lakin bu fakt, bir qayda olaraq, idxalçıları sevindirir. Buna baxmayaraq, hər bir ölkə ümumi inkişaf strategiyası ilə bağlı öz məzənnə siyasətini aparır. Azərbaycanda valyuta daxilolmalarının artması ilə əlaqədar sonrakı fəaliyyət dövlətdən asılıdır", - deyə F.Əmirbəyov qeyd edib.

Digər neft hasil edən ölkələrin valyuta bazarlarında da analoji vəziyyət müşahidə olunur. "Rusiya rublu möhkəmlənməkdə davam edir, Qazaxıstan valyutası ilə bu, cari ilin iyul ayına qədər baş verib. İyul ayından başlayaraq, Qazaxıstan hökümətinin sənaye inkişafının dəstəklənməsi üzrə prioritetləri ilə əlaqədar, tenge kifayət qədər sürətlə devalvasiya etməyə başlayıb. Yəqin ki, Qazaxıstanın sənaye potensialının sonrakı artımı məzənnə siyasətində düzəlişlər etməyi tələb edib", - deyə o qeyd edib. "Bir sıra neft hasil edən ərəb ölkələrində, o cümlədən BƏƏ-də maliyyə bazarlarının inkişafı və milli valyutaların davranış təcrübəsinin öyrənilməsi bizim üçün çox maraqlı və faydalı ola bilər", - deyə o bildirib.

"Düşünürəm ki, Azərbaycanda maliyyə bazarlarının inkişaf məsələləri ilə ciddi surətdə məşğul olmağın vaxtıdır. Bizim maliyyə bazarlarımızın iqtisadiyyatın tələblərinə tam uyğun olmaması birmənalıdır.

Azərbaycan Milli Bankın məlumatına görə, yanvar-avqust aylarında manat 4,1% möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti