...

Əli Həsənov: Azərbaycan Venesiya Komissiyasından təkliflər gözləyir

Siyasət Materials 18 Sentyabr 2006 18:48 (UTC +04:00)

Azərbaycan Venesiya Komissiyasından Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı danışıqların vaxtı, yeri və formatına dair təkliflər gözləyir. Bu barədə Trend ə eksklüziv olaraq Prezidentin İcra Apararının ictimai-siysi şöbəsinin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, Venesiya Komissiyası müxtəlif məsələlərlə bağlı Azərbaycan hökumətinə müraciət edib. Sərbəst toplaşmaq sahəsində Azərbaycan qanunvericiliyinə dəyişikliklərə həsr olunmuş, ATƏT-in təşkilatlçılığı ilə sabah keçiriləcək görüşdə Azərbaycan rəsmiləri ilə yanaşı, Avropa Şurası təmsilçiləri də iştirak edəcəklər.

Ə. Həsənov əlavə edib ki, hökumət həmçinin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi məsələsini də müzakirə etməyə hazırdır və artıq əməkdaşlığı davam etdirmək niyyətini açıqlayıb. İndi Venesiya Komissiyası təşkilati məsələlərə dair öz təkliflərini verməlidir.

Xəbər lenti

Xəbər lenti