...

Nyu-Yorkda GUAM-ABŞ görüşü keçiriləcək

Siyasət Materials 19 Sentyabr 2006 13:45 (UTC +04:00)

Nyu-Yorkda Demokratiya və İqtisadi İnkişaf uğrunda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatı ölkələrinin xarici işlər nazirlərinin rəsmi Vaşinqton nümayəndələri ilə görüşü planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə ABŞ-GUAM çərçivə proqramının ticarət və nəqliyyat, sahəsində layihələrin, həmçinin, terror və mütəşəkkil cinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanlarının əlaqələrinin gerçəkləşdirilməsində tərəflərin əməkdaşlığı təhlil ediləcək, gələcək planlar müzakirə olunacaq. ABŞ-la məsləhətləşmələr GUAM ölkələri XİN başçılarının sentyabrın 25-nə təyin olunmuş iclası ilə birgə keçiriləcək. Hər iki görüşdə Baş Assambleyanın 61-ci sssiyasına daxil edilmiş GUAM ölkələri ərazilərində silahlı münaqişələrlə bağlı məsələ müzakrə olunacaq.

Bu iclaslarda Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun iştirakı gözlənilir. O, Nyu-Yorkda təxminən sentyabrın 25-26-da olacaq.

Xəbər lenti

Xəbər lenti