...

Mahmud Məmmədquliyev: Avropa İttifaqının Azərbaycanla Yeni Qonşuluq Siyasəti təşəbbüsü üzrə fəaliyyət planı imzalanmaya hazırlanır

Siyasət Materials 19 Sentyabr 2006 18:33 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycanla Yeni Qonşuluq Siyasəti təşəbbüsü üzrə fəaliyyət planı imzalanmaya hazırlanır. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, məsələyə sabah Bakıya gələcək Finlandiyanın Azərbaycandakı səfiri Terxi Xakalan ilə görüş zamanı baxılacaq. Finlandiya bu il təşkilata sədrlik edir. Gələcəkdə isə müzakirələr Avropa İttifaqı "üçlüyü"nün oktyabrın əvvəlində Azərbaycana gözlənilən səfəri zamanı davam etdiriləcək, - deyə nazir müavini vurğulayıb. Ola bilsin ki, onların səfəri zamanı Plan imzalansın, - deyə o əlavə edib.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycan Energetika sahəsində Aİ ilə ikitərəfli əməkdaşlıq üzrə Memoranduma oxşar təhsil, səhiyyə və digər sahələrdə də sənədlərin imzalanması məsələsinə baxmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti