...

Türkdilli dövlətlərinin XI qurultayı 2008-ci ildə Azərbaycanda keçiriləcək

Siyasət Materials 20 Sentyabr 2006 15:16 (UTC +04:00)
Türkdilli dövlətlərinin XI qurultayı 2008-ci ildə Azərbaycanda keçiriləcək

Türk dövlətlərinin növbəti XI qurultayı 2008-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə Trend ə eksklüzv açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahmov məlumat verib.

Qeyd edək ki, hazırda Türkiyənin Antalya vilayətində türkdilli dövlətlərin və toplumların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilir. Həmin qurultayda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən Nazim İbrahimov qurultayın işi və əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, türkdilli dövldətlərin növbəti XI qurultayının 2008-ci ildə Bakıda keçirilməsi qərara alınıb: "Hazırda Türkiyədə keçirilən X qurultay türk dünyansının birləşməsi istiqamətində çox mühüm bir hadisə sayıla bilər. Azərbaycan prezidentinin bu qurultayda iştirakı və dərin məzmunlu çıxışı ölkəmizin türk dünyasının birliyinə və türkçülüyə nə qədər böyük önəm verdiyini göstərir. Növbəti qurultayın Bakıda keçirilməsi nəzərdə tutulur və bu da Azərbaycanın türkdlli dövlətlərin əməkdaşlığını, inteqrasiyasını diqqətdə saxlamasını göstərir"-deyə N.İbrahimov vurğulayıb.

Qeyd edək ki, Türkiyədə keçirilən qurultay sentyabrın 18-də işinə başlayıb və həmin gün Azəbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qurultayda iştirak ediblər. Sentyabrın 20-də qurultay işini başa vuracaq.

Xəbər lenti

Xəbər lenti