Göyçayın Kürdşaban kəndində Heydər Əliyev Fondunun vəsaitləri hesabına tikilmiş orta məktəbin açılışı olub. Bu barədə Trend ə Göyçay İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Rəxşəndə Rəcəbova bildirib.
Məktəb 240 yerlikdir və hazırda burada 200 şagird təhsil alır. Məktəbin pedaqoji kollektivi 35 nəfərdən ibarətdir.
R.Rəcəbova qeyd edib ki, açılışda gənclər və idman naziri Azad Rəhimov, Göyçay İcra hakimiyyəti başçısı Mübariz Ağayev iştirak edib.
İştirakçılar göstərdiyi köməyə görə Heydər Əliyev adına Fondun prezidentinə öz minnətdarlıqlarını bildiriblər.