Oktyabrın 3-də Avropa Şurasının yerli və regional hakimiyyət orqanları Konqresinin nümayəndə heyəti Bakıya gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev məlumat verib.
8 nəfərdən ibarət missiya oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək. Monitorinq həm paytaxtda, həm də ölkə regionlarında aparılacaq.
Monitorinq nümayəndə heyətinə Türkiyə, İsveç, Estoniya, Britaniya, Fransa, San-Marino və Maltadan ekspertlər daxildir. Həmçinin, AŞ Konqresinin icraçı direktorunun nümayəndəsi də Bakıya gələcək.
AŞ nümayəndələri Azərbaycanı oktyabrın 8-də tərk edəcək.