...

Rusiyanın iqtisadi inkişaf naziri oktyabrın 5-də Azərbaycana gələcək

Siyasət Materials 26 Sentyabr 2006 12:43 (UTC +04:00)
Rusiyanın iqtisadi inkişaf naziri oktyabrın 5-də Azərbaycana gələcək

Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref oktyabrın 5-də Bakıya gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, nazir ölkəmizə birgünlük səfər edəcək. "Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Hazırda səfər çərçivəsində imzalanması mümkün olan sənədlər müzakirə mərhələsindədir", - deyə o bildirib.

H.Babayev qeyd edib ki, nümayəndə heyətinin tərkibində Rusiya biznes dairələrinin nümayəndələri təmsil olunacaq. Onlar ticari-iqtisadi sahələrdə məşğul olan azərbaycanlı sahibkarlarla görüşəcək.

Xəbər lenti

Xəbər lenti