...

Millət vəkili Gültəkin Hacıyeva sentyabrın 27-də Cenevrəyə yola düşəcək

Siyasət Materials 27 Sentyabr 2006 10:34 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti üzrə məruzəçisi Gültəkin Hacıyeva sentyabrın 27-dən 29-dək Cenevrədə səfərdə olacaq. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Gültəkin Hacıyeva burada Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brunson Makkinli və digər rəsmi şəxslərlə görüşəcək, təşkilatın fəaliyyəti ilə bağlı hazırladığı məruzə barəsində fikir mübadiləsi aparılacaq.

Məruzə AŞPA-nın 2007-ci il aprel sessiyasında deputatların müzakirəsinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti