...

Nazirlər Kabinetində Amerika və Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 27 Sentyabr 2006 18:39 (UTC +04:00)

Azərbaycan höküməti baş nazirinin müavini Elçin Əfəndiyev sentyabrın 27-də ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersini qəbul edib. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib.

Diplomatın xahişi ilə baş tutmuş görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıblar.

ABŞ səfiri Azərbaycanda mədəniyyətin inkişafını yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti