Oktyabrın 16-da Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti toplantısının gündəliyinə 19 məsələ daxil olacaq. Bu barədə Trend MDB İcraiyyə komitəsinə istinadən xəbər verir.
Bu zaman gündəliyin 14 məsələsi üzrə razılaşdırılmış sənəd layihələri müzakirə olunmadan imzalanmaq üçün nümayəndə heyətlərinin başçılarına təklif olunacaq. Prioritet olan məsələlər Kazanda 26 avqust 2005-ci ildə və 22 iyul 2006-cı ildə qeyri-rəsmi sammitlərdə MDB-nin iştirakçısı olan dövlət başçılarının razılaşmalarının həyata keçirilməsi ilə bağlı məsələlərdir. XİNŞ təsdiq etdikdən sonra bu məsələlər Birliyin Dövlət başçıları şurasının növbəti toplantısında gözdən keçiriləcək. Bu məsələlərə Birliyin səmərəliliyinin artırılması məsələləri, MDB-nin iştirakçısı olan dövlət başçılarının qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın fəallaşdırılması haqqında Bəyanat layihəsi, Cinayət mühakimə üsulu iştirakçılarının müdafiəsi haqqında sazişi aid etmək olar. Bu və ya digər məsələlər üzrə layihələr əvvəlcə ekspert səviyyəsində və Birliyin ustav və digər orqanları yanında Birliyin iştirakçı-dövlətlərinin daimi səlahiyyətli nümayəndələr şurası tərəfindən müzakirə olunub.
Xarici işlər nazirləri şurasının toplantısına 2005-ci ilə qədər Müstəqil Dövlətlər Birliyinin inkişafı üzrə Fəaliyyət proqramının yerinə yetirilməsi haqqında yazılı informasiya, Müstəqil Dövlətlər Birliyinin Fərmanla təltif olunması haqqında Protokol qərarının layihəsi hazırlanıb. Şura üzvləri həmçinin Birliyin Dövlət başçıları şurası və Hökümət başçıları şurasının növbəti toplantılarının gündəliklərinin layihələrini müzakirə edəcək, Xarici işlər nazirlərinin şurasında sədrlik məsələsini gözdən keçirəcək, dövlətlərarası əməkdaşlıq sənədlərinin sonradan dövlət başçıları və hökümət başçılarının müzakirəsinə vermək üçün həmin sənədləri imzalayacaqlar.