Avropa Şurasının yerli və regional hakimiyyət orqanları Konqresi Azərbaycanda oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinin monitorinqini keçirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə AŞ-nin məlumatında deyilir.
Məlumata görə, 9 nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 4-7-dək Azərbaycanda olacaq.
Nümayəndə heyətinin tərkibinə Lüdmila Sfirloaqa (Konqresin vitse-prezidenti), Brif Foldt (İsveçrə), Mixkel Yukkami (Estoniya), Devid Lloyd-Vilyams (Böyük Britaniya), Veronik Moreyra (Fransa), Paolo Rondelli (San-Marino), Antonella Kaqnolatti (Konqresin icraçı direktorunun müavini), Karolin Martin və Könül Koçak (Konqresin katibləri) daxil olacaq.
Oktyabrın 4-5-də Lüdmila Sfirloaqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan hökuməti, parlament və MSK nümayəndələri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.
Oktyabrın 7-də Konqres müşahidəçiləri seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.