...

AŞ-nin yerli və regional hakimiyyət Konqresinin nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 3 Oktyabr 2006 11:11 (UTC +04:00)

Oktyabrın 3-də Avropa Şurasının yerli və regional hakimiyyət Konqresinin nümayəndə heyəti Bakıya gəlir. Bu barədə Trend ə AŞ-nin Bakıdakı informasiya ofisinin rəhbəri İlqar İbrahimli məlumat verib.

Nümayəndə heyəti Azərbaycana oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinin monitorinqini aparmaq üçün gəlir.

9 nəfərdən ibarət qrup ölkədə oktyabrın 7-dək olacaq. Nümayəndə heyətinin tərkibinə Lüdmila Sfirloaqa (Konqresin vitse-prezidenti), Brif Foldt (İsveç), Mixkel Yukkami (Estoniya), Devid Lloyd-Vilyams (Böyük Britaniya), Veronik Moreyra (Fransa), Paolo Rondelli (San-Marino), Antonella Kaqnolatti (Konqresin icraçı direktorunun müavini), Karolin Martin və Könül Koçak (Konqresin katibləri) daxil olacaq.

Oktyabrın 4-5-də Lüdmila Sfirloaqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan hökuməti, parlament və MSK nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.

Oktyabrın 7-də Konqres müşahidəçiləri seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti