...

MMP sədri 2008-ci il prezident seçkilərində iştirak edəcək

Siyasət Materials 3 Oktyabr 2006 15:57 (UTC +04:00)

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürəcək. Bu barədə Trend ə H.Hacıyevin özü bildirib.

H.Hacıyev qeyd edib ki, bu məsələ ilə bağlı partiyanın rəhbər strukturlarında müzakirələr aparılıb: "Belə qərara gəlinib ki, Müasir Müsavat Partiyası prezident seçkilərində vahid namizədlə iştirak etsin və mənim namizədliyim irəli sürülüb". Partiya sədri onu da bildirib ki, prezident seçkilərinin keçirilməsinə bir müddət qalmasına baxmayaraq yaxın vaxtlarda bu istiqamətdə iş aparılması planlaşdırılıb.

MMP sədri digər müxalifət partiyalarının da bu prosesdə iştirakını zəruri hesab edib. Bildirib ki, seçki prosesini boykot etmək taktikası heç də qəbuledilən variant deyil: "Xalq arasında nüfuzu olan hər bir partiya seçkilərdə öz qüvvəsini sınamalıdır. Seçkiləri boykot etmək əvvəlcədən məğlubiyyətin göstəricisidir".

Müxalifətdəki MMP 2001-ci ildə H.Hacıyevin rəhbərliyi ilə yaradılıb. 2002-ci il mayın 7-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti