Bu il keçiriləcək bələdiyyə seçkilərində 9598 nəfər yerli müşahidəçi səsvermə günü seçkinin gedişini izhləyəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edək ki, həm MSK-da, həm də dairə seçki komissiyalarında müşahidəçilərin qeydiyyatı başa çatıb. 9419 nəfər müşahidəçi DSK-larda, 179-u isə MSK-da qeydə alınıb.
Seçkləri həm də beynəlxalq müşahidəçilər izləyəcək. Avropa Şurasının müşahidəçiləri oktyabrın 3-dən artıq Azərbaycana gəlməyə başlayıblar. Oktyabrın 4-də Ukranyanın Mərkəzi Seçki Komissiyasının sədri Bakıya gələcək. Həmin gün o, Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüş keçirəcək.
Qeyd edək ki, oktyabrın 6-da 603 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcək. Seçkilərdə 4526 namizəd iştirak edir.