...

Rövnəq Abdullayev: Azərbaycan qış dövründə özünü qazla təmin etməyə hazırdır

Siyasət Materials 6 Oktyabr 2006 10:41 (UTC +04:00)
Rövnəq Abdullayev: Azərbaycan qış dövründə özünü qazla təmin etməyə hazırdır

Azərbaycanda idxal qaz olmadığı halda belə, ölkə qış dövründə şəxsi ehtiyatları hesabına özünü yanacaqla təmin etməyə hazırdır. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bəyan edib.

"Azərbaycan çox enerji işlədən ölkədir. Əhali elektrik enerjisindən böyük həcmdə istifadə edir. Əgər hər yerdə sayğaclar quraşdırılarsa və elektrik enerjisindən optimal şəkildə istifadə olunarsa, o zaman biz təxminən 50% elektrik enerjisinə qənaət edə biləcəyik və bu halda qaz və elektrik enerjisi idxalına ehtiyacımız olmayacaq", - deyə o bildirib.

R.Abdullayev qeyd edib ki, ARDNŞ-in İran qazını almasına müəyyən marağı var. "Rusiya ilə qazın idxalına dair danışıqlar hələ davam edir. Biz şəxsi qaz ehtiyatlarımızı öyrənirik. Azərbaycan seçim etmək imkanına malikdir və ölkə ən əlverişli varianta üstünlük verəcək".

Hazırda ARDNŞ "Qazeksport" şirkətindən 1000 kub metri 110 dollardan qaz alır. Bu il 4,5 mlrd. m3 yanacağın alınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti