...

Dairə seçki komissiyalarının yekun protokollarının MSK-ya təhvil verilməsinə başlanıb

Siyasət Materials 7 Oktyabr 2006 11:52 (UTC +04:00)

Oktyabrın 6-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarının yekun protokolları Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verilməyə başlanıb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Seçki Məcəlləsinin tələblərinə görə, dairə seçki komissiyalarının protokolları səsvermə başa çatdıqdan sonra ən geci 48 saat ərzində MSK-ya təhvil verilməlidir. Bu gün - oktyabrın 7-də saat 10.00-dan etibarən protokolların təhvil verilməsinə başlanılıb. Bu proses 8 oktyabr axşam saatlarına qədər başa çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti