...

Azərbaycan prezidenti Bolqarıstan və Azərbaycan arasında əməkdaşlıq haqqında sazişi təsdiq edib

Siyasət Materials 7 Oktyabr 2006 12:36 (UTC +04:00)

Azərbaycan prezidenti 19 sentyabr 2006-cı ildə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bolqarıstan Respublikası Dövlət gənclər və idman agentliyi arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında saziş"i təsdiq edib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı Azərbaycan Nazirlər Kabinetinə Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görməyi, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün lazım olan dövlətlərdaxili prosedurların yerinə yetirilməsi haqqında bolqar tərəfini xəbərdar etməyi həvalə edib.

Xəbər lenti

Xəbər lenti