...

AB və Azərbaycan arasında enerji sahəsində memorandum razılaşdırılıb

Siyasət Materials 9 Oktyabr 2006 14:11 (UTC +04:00)

Oktyabrın 9-da Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vadams Bakıda ölkənin xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüb. Bu barədə Trend ə Alan Vadamsın özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan və AB arasında enerji sahəsində əməkdaşlıq məsələlərində qarşılıqlı anlaşma haqqında memorandum tamamilə razılaşdırılıb.

Bu memorandum Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barosso tərəfindən imzalanacaq.

Xəbər lenti

Xəbər lenti