...

Kəmaləddin Heydərov Yanğın Təhlükəsizliyi İdarəsinin 4 əməkdaşına "İgidliyə görə" medalını təqdim edib

Siyasət Materials 10 Oktyabr 2006 17:43 (UTC +04:00)

Oktyabrın 10-da Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin (FHN BDYTİ) 4 əməkdaşına "İgidliyə görə" medalını təqdim edib. Trend in xəbərinə görə, təqdimetmə FHN BDYTİ-nin Bakı şəhəri, Binəqədi rayon şöbəsində yanğınsöndürənlərin peşə bayramı münasibətilə keçirilmiş mərasimdə baş tutub.

Nazir şəxsi heyət qarşısında çıxış edərək Azərbaycanda yanğınsöndürmə qurumunun tarixindən, əvvəlki və müasir fəaliyyətindən danışıb. O qeyd edib ki, bir sıra çətinliklərə baxmayaraq şəxsi heyət bu sahədəki xidmətlərini uğurla davam etdirir.

Nazir həmçinin hazırda FHN-nin tərkibində fəaliyyət göstərən Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi bölmələrinin yaxın gələcəkdə artırılacağından, o cümlədən İdarənin perspektivli gələcəyindən də danışıb.

Tədbirdə qonaq qismində daxili işlər naziri Ramil Usubov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti