...

Azərbaycanın baş prokuroru BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin icraçı direktorunun müavini ilə görüşüb

Siyasət Materials 12 Oktyabr 2006 16:26 (UTC +04:00)

Azərbaycanın baş prokuroru Zakir Qaralov Avstriyaya rəsmi səfəri çərçivəsində BMT Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMNCİ) icraçı direktorunun müavini xanım Sumru Noyanla görüşüb. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanla BMNCİ arasında mövcud əlaqələrin və əməkdaşlııın yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər beynəlxalq cinayətkarlığa qarşı qlobal mübarizədə Azərbaycanla BMT arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə edib, qaldırılmış məsələlərin həyata keçirilməsi yollarını müəyyənləşdiriblər. Söhbət zamanı BMNCİ tərəfindən Azərbaycan üçün müvafiq proqram-layihənin işlənib-hazırlanmasına ehtiyac duyulduğu qeyd edilib.

BMNCİ-nin rəhbərliyi Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnuniyyətlə qeyd edərək, yaxın zamanda ölkədə BMNCİ tərəfindən layihə və proqramların başlanacağını vurğulayıb, BMNCİ-nin Bakıda layihə ofisinin açılacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti