...

Rumıniya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

Siyasət Materials 12 Oktyabr 2006 17:39 (UTC +04:00)

Oktyabrın 12-də Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana ikigünlük rəsmi səfəri başa çatdı. Trend xəbər verir ki, Rumıniyanın dövlət başçısını beynəlxalq aeroportda baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola salıb.

Səfərin ikinci günü T.Basesku Bakı Dövlət Universitetində (BDU) olub və universitetin professor-tələbə heyəti qarşısında çıxış edib. T.Baseskuya BDU-nun fəxri doktoru diplomu təqdim olunub. Sonra o, Milli Məclisə baş çəkib və parlament sədri Oqtay Əsədovla görüşüb. Rumıniyanın dövlət başçısı həmçinin Heydər Əliyev Fondunda da olub.

Xəbər lenti

Xəbər lenti