...

Səfir: Azərbaycan və İordaniya hərbi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 13 Oktyabr 2006 10:00 (UTC +04:00)
Səfir: Azərbaycan və İordaniya hərbi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və İordaniya hərbi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir. Həmin razılaşma Azərbaycan Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun hazırki səfəri zamanı İordaniyanın rəhbərliyi və rəsmi şəxsləri ilə danışıqları zamanı əldə olunub. Bu barədə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Trend ə eksklüziv olaraq məlumat verib.

İordaniyaya səfəri çərçivəsində Azərbaycan Silahlı qüvvələrinin Baş qərargah rəisi Kral II Abdulla, baş nazir M.Baxit və İordaniya Silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri X.Sarayra tərəfindən qəbul olunub. Görüş zamanı hərbi sahədə ikitərəfli əməkdaşlığın inkişafı üzrə geniş fikir mübadiləsi baş tutub.

Səfirin sözlərinə görə, danışıqlar "uğurlu və səmərəli" olub. O, əminliklə bildirib ki, danışıqlar həmin sahədə əməkdaşlığın inkişafına yeni təkan verəcək. Səfər çərçivəsində bu gün Azərbaycanın nümayəndə heyəti hərbi hissələrə və İordaniyanın hərbi sənaye müəssisələrinə baş çəkir.

Xəbər lenti

Xəbər lenti