...

Azərbaycan prezidenti gələn il Küveytə rəsmi səfər edəcək

Siyasət Materials 14 Oktyabr 2006 10:30 (UTC +04:00)
Azərbaycan prezidenti gələn il Küveytə rəsmi səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyevin Küveytə rəsmi səfərinə hazırlıq gedir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səfərin gələn il həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar hər iki dövlət başçısının qrafikindən asılıdır", - deyə səfir qeyd edib. "Səfirlik bu istiqamətdə iş aparır, iki ölkə arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi üzrə sənədlər paketi işlənib hazırlanır. Bu sənədlərin bir hissəsinin səfər zamanı imzalanması planlaşdırılır".

Sənədlər paketinə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrini əhatə edən 10-dək saziş layihəsi daxildir. Bu sənədlərin bir hissəsi artıq razılaşdırılıb. Bunlar arasında ikiqat vergi qoymanın aradan qaldırılması, qarşılıqlı investisiyaların qorunması və təşviqi, təhsil, mədəniyyət sahəsində əməkdaşlıq, o cümlədən iqtisadi-texniki əməkdaşlıq haqqında sazişlərin layihələri var. "Bundan başqa, iki ölkənin təhlükəsizlik sahəsində, o cümlədən beynəlxalq terrorla mübarizədə əməkdaşlığı üçün müqavilə-hüquqi əsas yaratmağı planlaşdırırıq", - deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, Azərbaycan və Küveyt arasında siyasi əməkdaşlıq "çox yaxşı səviyyədədir". Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. "Kyveyt həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib", - deyə Ş.Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti