...

Azərbaycan hökuməti və ÜTT seminar təşkil edir

Siyasət Materials 14 Oktyabr 2006 15:23 (UTC +04:00)

Oktyabrın 16-17-də Bakı biznes mərkəzində Azərbaycanda sənayenin inkişafı məsələlərinə həsr olunmuş seminar keçiriləcək. Seminar Azərbaycanın Ümumdünya Ticrət Təşkilatına daxil olması prosesində təşkilatın texniki yardımının gerçəkləşdirilməsi çərçivəsində təşkil olunacaq. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Layihənin birinci mərhələsində sənayenin üç əsas prioritet sektoru - yeyinti, metallurgiya və kimya sahələrində fəaliyyət göstərən bir sıra müəssisələrdə tədqiqatlar aparılıb. Bunun nəticəsində ortaya çıxan problemlərin və irəli sürülən təkliflərin müzakirə edilməsi məqsədilə təşkilat nümayəndələrinin iştirakı ilə sorğu keçirilən sahələrin iş adamları üçün seminar keçiriləcək. Seminarda Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsinin və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edəcək. Bundan başqa, Beynəlxalq təşkilatlar, ictimai birliklər və biznes assosiasiyaları da tədbirdə iştirak etmək üçün dəvət alıb.

Eyni zamanda, seminarın işində ABŞ-ın Cenevrədəki ÜTT yanında səfiri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti