...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları (9-13 oktyabr)

Siyasət Materials 16 Oktyabr 2006 16:11 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: həftənin yekunları (9-13 oktyabr)

Trend-i buradan izləyin

9-13 oktyabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı neftin AZERİ LT (CİF) növünün orta qiyməti $59,35/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $0,65/barel və ya 1,1% çoxdur. Trend xəbər verir ki, 9-13 oktyabr həftəsində AZERİ LT neftinin maksimal qiyməti əvvəlki həftəyə olan $60,14/barellə müqayisədə $60,32/barel, minimal qiyməti isə əvvəlki həftəyə olan $59,77/barrellə müqayisədə $58,71/barel təşkil edib.

9-13 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı neftin URAL (EX-NOVO) növünün orta qiyməti $55,32/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $1,30/barel və ya 2,4% çoxdur. 9-13 oktyabr həftəsində URAL neftinin maksimal qiyməti əvvəlki həftəyə olan $55,28/barellə müqayisədə $59,09/barel, minimal qiyməti isə əvvəlki həftəyə olan $52,85/barellə müqayisədə $54,12/barel təşkil edib.

9-13 oktyabr həftəsində Brent (DTD) etalon növünün orta qiyməti $58,28/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $0,79/barel və ya 1,3% çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti əvvəlki həftəyə olan $59,92/barellə müqayisədə $59,09/barel, minimal qiyməti isə əvvəlki həftəyə olan $56,39/barellə müqayisədə - $57,70/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL növünün sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri onun tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti