ABŞ Cənubi Qafqazda mühüm rol oynayan Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Trend in xəbər verdiyi kimi, bunu oktyabrın 16-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə ABŞ-ın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında səfiri Piter Allqeier bildirib.
O, Azərbaycanın tezliklə ÜTT-yə daxil olmasının ABŞ tərəfindən dəstəkləndiyini və ölkə daxilində müvafiq prosedurların tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Piter Allqeier bildirib ki, ABŞ bu istiqamətdə Azərbaycanla işləməyə hazırdır.
Nazir Azərbaycanın regiondakı əhəmiyyəti və rolu, ölkədəki sosial-iqtisadi irəliləyişlər, iri regional layihələrin həyata keçirilməsi və qeyri-neft sektorunun inkişafı əhəmiyyəti barədə qonağa geniş məlumat verib. O, həmçinin ÜTT-yə daxil olmaq üçün ölkədə həyata keçirilən prosedurlardan danışıb və bu istiqamətdə aparılan danışıqlardan məmnunluğunu bildirib.