...

İlham Əliyev: Azərbaycan Belarusla hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 17 Oktyabr 2006 19:18 (UTC +04:00)

Azərbaycan Belarusla hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Trend in "Belta"ya istinadən xəbər verdiyi kimi, bunu oktyabrın 17-də Minskdə Belorus prezidenti ilə görüşündə Azərbaycanın dövlət başçısı İlham Əlityev bəyan edib.

"İqtisadiyyatlarımız dinamik inkişaf edir, sənaye potensialımız artır. Təbii ki, bu, daha fəal iqtisadi əməkdaşlıq üçün zəmin yaradır", - deyə İlham Əliyev bildirib. O, Aleksandr Lukaşenkonun dövlətlərimiz arasında mövcud ticarət dövriyyəsinin tərəfləri qane etməməsinə dair fikri ilə razı olduğunu bildirib. Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, onun səfərindən sonra qarşılıqlı ticarət göstəriciləri əhəmiyyətli dərəcədə artacaq, sənədlərin imzalanması isə ikitərəfli münasibətlər üçün yaxşı hüquqi baza olacaq, onların inkişafının gələcək perspektivlərini müəyyən edəcək. "Biz istəyirik ki, əməkdaşlığımız uzunmüddətli olsun, cəlb olunan qurumlar isə öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşsınlar", - deyə İlham Əliyev vurğulayıb.

Onun sözlərinə görə, qarşılıqlı inam istənilən əməkdaşlıq üçün əsasdır. "Bu gün o, ölkələrimiz arasında mövcuddur", - deyə Azərbaycanın dövlət başçısı söyləyib. Eyni zamanda, o əlavə edib ki, Bakıda və Minskdə Belarus və Azərbaycan səfirliklərinin açılması tərəflərin münasibətlərin inkişafına verdiyi əhəmiyyəti bir daha təsdiqləyir. Diplomatik nümayəndəliklər həmçinin əməkdaşlığın yeni sahələrini müəyyən etmək üçün effektiv mexanizmdir, - deyə Azərbaycan prezidenti qeyd edib.

Prezidentin fikrincə, Belarus və Azərbaycanın iqtisadiyyatları çox uğurla bir-birlərini tamamlaya bilər. "Belarusda istehsal olunana bu gün Azərbaycanda tələbat var. Azərbaycanda istehsal olunan isə sizin ölkəniz üçün maraq doğurur", - deyə İ. Əliyev bildirib.

Onun sözlərinə görə, hər iki dövlət arasında energetika və neft-qaz sahəsində əməkdaşlıq, birgə müəssisələrin, o cümlədən kənd təsərrüfatı sahəsində müəssisələrin yaradılması, - "bütün bu istiqamətlər praktiki əhəmiyyətə malikdir". Azərbaycan prezidenti məmnuniyyətlə qeyd edib ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı qərarlar "tezliklə həyata keçiriləcək". "Yerlərdə rəhbərlərə tapşırıqlar verilir, icraçılar isə məsuliyyətlə yanaşırlar - bu, ölkələr arasında həqiqi tərəfdaşlıq münasibətlərinin qurulması üçün yaxşı nümunədir", - deyə Azərbaycan lideri bildirib.

İlham Əliyev bir daha Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə və "daha da fəallaşan və ölkələrimiz və xalqlarımızın maraqlarına cavab verən dialoqu davam etdirməyə" dəvət edib.

Xəbər lenti

Xəbər lenti