...

ATƏT qondarma "erməni soyqırımı"na dair qanun qəbul etməsi ilə bağlı Fransanı tənqid edir

Siyasət Materials 17 Oktyabr 2006 20:42 (UTC +04:00)

ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti Fransa Milli Assambleyasının 1915-ci il qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutuan qanun layihəsini birinci oxunuşda qəbul etməsinə öz münasibətini bildirib.

Trend in ATƏT-in məlumatına istinadən xəbər verdiyi kimi, M. Haraşti Fransa Senatının sədri Kristian Poseleyə (Christian Poncelet) məktub göndərib. Məktubda o, Senat üzvlərindən qanun layihəsini geri qaytarmağı xahiş edir.

O, həmçinin bildirib ki, 2001-ci il yanvarın 19-da müvafiq qanunu qəbul etməklə Fransa artıq "erməni soyqırımı"nı tanıyıb. Təklif olunan düzəliş bir il müddətinə həbs cəzası və 45 000 avro məbləğində cəriməni nəzərdə tutur. M. Haraşti hesab edir ki, bəyanatın kriminallaşdırılması faktları və sərt tədbirlər Fransada mətbuatın azadlığını məhdudlaşdırır. "Söz azadlığının qədim tarixinə malik olduğu Fransanın düzəlişi qəbul etməsi ATƏT-in digər millətləri üçün təhlükəli presedent yaradır", - deyə ATƏT komissarı bildirib.

Xəbər lenti

Xəbər lenti