...

Türk Millətçi Partiyası Gürcüstanda həbs olunmuş 3 azərbaycanlının azadlığa buraxılmayacağı təqdirdə etiraz aksiyalarına başlayacaq

Siyasət Materials 19 Oktyabr 2006 12:25 (UTC +04:00)

"Bizim Azərbaycan" blokuna daxil olan Türk Millətçi Partiyası Gürcüstanda həbs olunmuş 3 nəfər azərbaycanlının azadlığa buraxılmayacağı təqdirdə etiraz aksiyalarına başlayacaq. Bu barədə Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

"Bizim Azərbaycan" blokunun və Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib ki, Gürcüstanın Qardabani rayonunun Poniçala kəndinin 3 nəfər azərbaycanlı sakini həbs edilərək başqa bir azərbaycanlının əleyhinə ifadə verməyə təhrik olunurlar. Yalnız bu ifadəni verdikdən sonra azadlığa buraxılacaqlarını deyiblər. Buna etiraz edən Azərbaycanın Türk Millətçi Partiyası həbsdə saxlanılan soydaşlarımızın azad olunmayacağı təqdirdə aksiyalara başlayacağını bəyan edib.

"Bizim Azərbaycan" bloku isə Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan 4 kəndində (Qabal, Gəncəli, Uzuntala və s.) güclü leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılmamasına etirazını bildirib və həmçinin Azərbaycan Respublikasının digər dövlətlərdə baş verən təbii fəlakətlər zamanı humanist addımlar atmaq təcrübəsinə malik olduğunu nəzərə alaraq, Gürcüstandakı soydaşlarımıza yardım etməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti