...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun baş direktoru ilə görüşəcək

Siyasət Materials 19 Oktyabr 2006 14:06 (UTC +04:00)

YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Parisə səfər çərçivəsində YUNESKO-nun baş direktoru Kioçiro Matsuura ilə görüşəcək. Bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, Mehriban Əliyeva YUNESKO başçısına Xoşməramlı Səfir qismində öz fəaliyyəti haqqında məlumat verəcək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Mehriban Əliyeva YUNESKO-da "Azərbaycan mədəniyyət və sivilizasiyaların kəsişməsində" adı altında keçirilən Azərbaycan həftəsində iştirak etmək üçün Parisə gəlib.

E.Hüseynova bildirib ki, həftə təşkilatın yubileyi ilə əlaqədar keçirilir, 60 tematik həftə keçirmək barədə qərar qəbul olunub, 58-ci həftə isə Azərbaycana həsr olunub.

Həftə oktyabrın 16-da YUNESKO qərargahının sərgi salonlarından birində Azərbaycana həsr olunmuş foto-sərginin açılışı ilə başlanıb. Bu gün Paris vaxti ilə saat 17.00-da Azərbaycanın incəsənət ustalarının iştirakı ilə qala-konsert başlayacaq. Daimi nümayəndə bildirib ki, qala-konsertdə YUNESKO-nun baş direktoru K.Matsuura və Xoşməramlı Səfir M.Əliyeva çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti