...

"Gümə" məscidinin dini icması Beynəlxalq Qüds Günü münasibətilə ziyarət və piketlər təşkil edib

Siyasət Materials 20 Oktyabr 2006 17:44 (UTC +04:00)

20 oktyabrda Bakının "Cümə" məscidinin dini icması və Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzi (DEVAMM) Beynəlxalq Qüds Gününü qeyd edib. Trend in məlumatına görə, Beynəlxalq Qüds Günü münasibəti ilə əvvəlcə Şəhidlər Xiyabanı ziyarət olunub, sonra İsrail və Fransanın Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib.

Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin məzarı ziyarət olunub, onların xatirəsi yad edilib, ruhuna dualar oxunub. Dindarlar Şəhidlər Xiyabanı yaxınlığındakı Türk Camisinin qarşısında sinə vuraraq dini ayinlər oxuyub, bu günü qeyd ediblər.

Sonra "Cümə" məscidinin dini icması İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Lakin polis əməkdaşları piketin qarşısını alıb və aksiyaçıları səfirliyin binası qarşısından uzaqlaşdırıb. İsrail səfirliyi qarşısına toplaşan dindarlardan 7 nəfəri polislər tərəfindən saxlanılıb. Lakin sonradan onlar sərbəst buraxılıblar. Səfirliyin yaxınlığında dini icmanın etiraz bəyanatı oxunub, sənəddə Fələstinin azadlığı ilə bağlı çağırışlar yer alıb.

Sonra dini icma Fransanın Bakıdakı səfirliyi qarşısına toplaşıblar və burada da onları polis əməkdaşları qarşılayıb. Dindarların aksiya keçirmək cəhdinin qarşısı alınıb, lakin burada aksiyanın dağıdılması zamanı həbs edilən olmayıb. Dini icmanın bəyanatı oxunub, Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbuluna etirazlar bildirilib.

Xəbər lenti

Xəbər lenti