...

MDB ölkələrinə sammitin Minskdə keçirilməsi üçün yeni tarix –noyabrın 28-i təklif olunub

Siyasət Materials 20 Oktyabr 2006 19:00 (UTC +04:00)
MDB ölkələrinə sammitin Minskdə keçirilməsi üçün yeni  tarix –noyabrın 28-i təklif olunub

MDB ölkələrinə sammitin Minskdə keçirilməsi üçün yeni tarix -noyabrın 28-i təklif olunub. "MDB dövlətlərinə Dövlət başçıları şurasının toplantısını noyabrın 28-də Belarus paytaxtında keçirilməsi təklifi ilə məktub göndərilib". Bu barədə bu gün İTAR-TASS-ın müxbirinə Birliyin Minskdəki İcra komitəsindən məlumat verilib.

Trend in məlumatına görə, İcra Komitəsindən bildirilib ki, sammitin keçiriləcəyi yer Dövlət başçıları şurasının qərarına əsasən müəyyənləşdirilib. "Hələ bizdə dövlət başçılarının görüş yerinin dəyişdirilməsi haqqında məlumat yoxdur. Əgər başqa yer təklif olunsa, o zaman prosedura əsasən yeni variant da həmçinin ölkələr tərəfindən razılaşdırılacaq", - deyə MDB İcra komitəsindən məlumat verilib.

İlkin olaraq MDB sammitinin oktyabrın 17-də Minskdə keçiriləcəyi planlaşdırılırdı, lakin vaxta bir həftə qalmış görüş noyabrın sonuna keçirildi. Bu yaxınlara qədər hesab olunurdu ki, görüşün keçiriləcəyi yer Minsk qalacaq. Lakin yaranan məlumata görə digər variant - yubiley sammitinin Astanada qeyd olunması variantı da istisna olunmur.

Xəbər lenti

Xəbər lenti