...

Gəncə Dövlət Universitetində kadr dəyişikliyi aparılıb

Siyasət Materials 21 Oktyabr 2006 11:43 (UTC +04:00)

Gəncə Dövlət Universitetində kadr dəyişikliyi aparılır. Bu barədə məlumatı Trendə universitet rektorunun köməkçisi Zakir Ələsgərov verib.

Onun sözlərinə görə, universitete yeni təyin olunan rektor Elman Məmmədov 4 prorektoru vəzifəsindən azad edərək yenilərini təyin edib. Tədris işləri üzrə prorektor vəzifəsinə əvvələr universitetin xarici dillər fakültəsində dekan işləmiş Saleh Salahov, elmi işlər üzrə prorektor vəzifəsinə isə riyazi analiz kafedrasının dosenti Nadir İbadov təyin edilib. Azərbaycan Tarixi kafedrasının dosenti Asif Cavadov tərbiyyə işləri üzrə, Fəxrəddin Həsənov isə İnzibati Təsərrüfat işləri üzrə prorektor təyin ediliblər.

Xəbər lenti

Xəbər lenti