...

Küveytdə Azərbaycanla əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Siyasət Materials 25 Oktyabr 2006 16:30 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Küveytə səfəri planlaşdırılır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib.

Səfər bu ilin noyabr ayına təyin olunub. Yaxın vaxtlarda tərəflər səfərə hazırlıq işləri aparmağa başlaycaaq. "Bu mərhələdə isə səfərin vaxtı razılaşdırılır", - deyə diplomat qeyd edib.

Danışıqların gündəliyinə Azərbaycan və Küveyt arasında siyasi, iqtisadi və humanitar əlaqələrin perspektivləri daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti