...

Buzovna, Uzunboyat və Məliklər bələdiyələri üzrə seçkilərin nəticələri ləğv olundu

Siyasət Materials 25 Oktyabr 2006 17:54 (UTC +04:00)
Buzovna, Uzunboyat və Məliklər bələdiyələri üzrə seçkilərin nəticələri ləğv olundu

13 saylı Əzizbəyov seçki dairəsinin Buzovna kənd bələdiyyəsi və 54 saylı Dəvəçi -Siyəzən seçki dairəsinin Məliklər və Uzunboyat kənd bələdiyələri üzrə seçkilərin nəticələri ləğv olundu. Trendin məlumatına görə bu barədə qərar MSK-nın oktyabrın 25-də keçirilən iclasında qəbul olunub.

Bu dairələrdən verilən şikayətlər əsasında araşdarmalar aparılıb və bu bələdiyələr üzrə bir neçə məntəqələrdə qanun pozuntuları aşkar edillib. Buzovna, Uzunboyat və Məliklər bələdiyələrinə oktyabrın 6-da keçirilmiş seçkilərin nəticələri etibarsız sayıldı.

Seçki qanunvericiliyinə görə, həmin bələdiyyələrə təkrar seçkilər keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti