...

Prezident İlham Əliyevin sərəncamları ilə Zeyni Adiyev və Musa Bədəlov prezidentin fərdi təqaüdünə layiq görülüb

Siyasət Materials 25 Oktyabr 2006 20:23 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 25-də Azərbaycanda səhiyyənin inkişafında xidmətlərinə görə Zeyni Buludxan oğlu Adiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb. Trend xəbər verir ki, dövlət başçısı həmin gün Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Musa Əbdülhüseyn oğlu Bədəlova da Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı digər sərəncam imzalayıb.

Qeyd edək ki, prezident hər iki sərəncamı "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli, 715 nömrəli fərmanına uyğun olaraq imzalayıb.

Xəbər lenti

Xəbər lenti