...

Asim Mollazadə ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 26 Oktyabr 2006 17:35 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Radasının Xarici İşlər Komitəsi sədrinin müavini Oleq Bilorusla görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə regional problemlər, Ermənistan-Azərbaycan münaqişəsi, "Demokratiya və İqtisadi İnkişaf Uğrunda GUAM Təşkilatı"nda əməkdaşlıq, Azərbaycan-Ukrayna münasibətləri müzakirə olunub.

Asim Mollazadə bildirib ki, ATƏT öz prinsiplərinə, xüsusilə də Avropa ölkələrinin ərazi bütövlüyü, II Dünya müharibəsindən sonra Avropada təhlükəsizlik prinsipinə zidd olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllində passivlik nümayiş etdirir.

Partiya sədri Dağlıq Qarabağ münaqişəsinin, həmçinin digər regional münaqişələrin həlli istiqamətində "Demokratiya və İqtisadi İnkişaf Uğrunda GUAM Təşkilatı"na üzv olan ölkələrin, o cümlədən Azərbaycanla Ukraynanın eyni mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.

Oleq Bilorus da öz növbəsində hansısa ölkənin bir hissəsində müstəqilliklə bağlı referendumun keçirilməsinin beynəlxalq qanunvericiliyin prinsiplərinə zidd olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti