...

2006 – cı ilin 9 ayı ərzində əhalidən qaz pulu yığımı 72, 4 faiz təşkil edib

Siyasət Materials 27 Oktyabr 2006 14:12 (UTC +04:00)
2006 – cı ilin 9 ayı ərzində əhalidən qaz pulu yığımı 72, 4  faiz təşkil edib

2006 - cı ilin 9 ayı ərzində əhalidən qaz pulunun yıxım faizi 72, 4 % təşkil edib. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə "Azəriqaz"in sədri Əlixan Məlikov oktyabrın 27-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Ə.Məlikov bildirib ki, carı ilin yanvar ayında yığım təqribən 16% təşkil edib. Onun sözlərinə görə, yığım faizinin artması "Azəriqaz" tərəfindən həyata keçirilmiş profilaktik tədbirlər nəticəsində baş tutub: "Bu vaxta qədər ümumilikdə 500 min ədəd sayğac quraşdırılıb. Bu da o deməkdir ki, 65%-ə qədər abunəçi sayğacla təmin olunub. Əvvəlki illərdə əhali sayğac quraşdırılmasına meilli deyildi. Lakin, 2006 -cı ildə bu prosess intensivləşib və əvvəlki illərə nisbətən sayğac quraşdırılmasına dair göstərici yüksək sürətlə artıb". Ə.Məlikov bildirib ki, əgər əhali qaz pulunu vaxtı-vaxtında ödəyərsə, təbii qaz təminatında da problem yaranmaz.

Ə.Məlikov həmçinin yeraltı qaz anbarlarının qış ehtiyatı ilə bağlı məsələyə də aydınlıq gətirib: "Qışa ehtiyat məqsədi ilə yeraltı anbara 900 mln kubmetrdən artıq qaz vurulub. Ötən ildən də təqribən 200 mln ehtiyatımız qalıb. Hazırda 1 mlrd kubmetrdən artıq ehtiyat qazımız var. Qazvurma prosesi növbəti ayda da davam edəcək".

Xəbər lenti

Xəbər lenti