...

"BP Azərbaycan"ın prezidenti: 2006-cı ildə "Şahdəniz" yatağından 300 mln. kubmetr qaz hasil olunacaq

Siyasət Materials 27 Oktyabr 2006 18:25 (UTC +04:00)
"BP Azərbaycan"ın prezidenti: 2006-cı ildə "Şahdəniz" yatağından 300 mln. kubmetr qaz hasil olunacaq

"BP Azərbaycan" Cənubi Qafqaz qaz kəmərinin (SCP) Türkiyə ilə sərhədədək Azərbaycan və Gürcüstan ərazilərində sınağını başa çatdırıb. Həmçinin TPG-500 platformasında avadanlıqların bütün sınaq işləri başa çatıb. Bu platformada Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qazkondensat yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində qaz hasilatı həyata keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün "BP Azərbaycan" şirkətinin prezidenti Devid Vudvord açıqlama verib. Yataqdan ilk qaz yaxın iki həftə ərzində hasil olunacaq.

Bu il ərzində yataqdan 300 mln. kubmetrə yaxın qaz hasil olunacaq. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyə arasında paylanacaq. Hazırda tərəflərdən hər birinin nə qədər qaz alacağı məlum deyil, belə ki, bu, həmin ölkələrin milli sistemlərinin qazı qəbul etməyə hazırlığından asılı olacaq. Əgər ölkələrdən hansısa qazı qəbul edə bilməyəcəyi təqdirdə qaz digər ölkəyə ötürüləcək.

D. Vudvord qeyd edib ki, kəmərin sınaqdan keçirilməsi üçün qazın qəbulu ilə bağlı şirkət hələlik Türkiyənin "Botaş" (kəmərin Türkiyə hissəsinin inşası üzrə operator) şirkətindən sifariş almayıb. Qaz Türkiyə ilə sərhəddədir, - deyə D. Vudvord bildirib.

Gələn il "Şahdəniz" yatağından 5-6 mlrd. kubmetrə yaxın qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti