...

AB-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 28 Oktyabr 2006 11:26 (UTC +04:00)
AB-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

AB-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası 2007-ci ildə Bakıda keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Benilüks və Avropa Birliyi ölkələrindəki səfiri Arif Məmmədov məlumat verib.

Bu barədə qərar AB-Azərbaycan Əməkdaşlıq Komitəsinin bu yaxınlarda Brüselldə keçirilmiş 6-cı iclasında qəbul olunub. Görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müvaini Mahmud Məmmdquliyev və iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov başçılıq ediblər. Avropa Birliyi tərəfindən nümayəndə heyətinə Avropa Komissiyasının xarici əlaqələr üzrə Baş Direktoratlığının baş direktorunun müavini Fokion Fotiadis, eləcə də AB-də Finlandiya prezidentliyinin nümayəndələri başçılıq edib.

Qarşılıqlı əməkdaşlığa dair bir çox məsələlər müzakirə olunub, keçən iclasda qəbul olunmuş sənədlər təsdiq olunub. AB-Azərbaycan Fəaliyyət Proqramı, energetika sahəsində əməkdaşlıq, ticari-iqtisadi məsələlər, yardım və əməkdaşlıq proqramları, regional problemlər müzakirə olunan mövzular sırasında olub. Danışıqlar konstruktiv xarakter daşıyıb, Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramının mətni razılaşdırılıb.

Azərbaycan nümayəndə heyətinin Brüsselə səfəri oktyabrın 27-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti