...

Azərbaycan XİN başçısı Almaniyanın Marşal Fondunun nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 28 Oktyabr 2006 12:33 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Marşal Fondunun nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən xəbər verir.

Nazir regionda vəziyyət, qonşu ölkələrlə qarşılıqlı münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin həlli yolları barədə nümayəndə heyəti üzvlərinə məlumat verib.

Elmar Məmmədyarov Azərbaycanın geosiyasəti, qlobal iqtisadi layihələrin gerçəkləşdirilməsi, ölkənin regionda sabitlik və sülhün bərpası istiqamətində səylərini, o cümlədən islam dini ilə bağlı vəziyyəti qonaqların diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti