"Rusiya-Gürcüstan münasibətlərindəki gərginlik Azərbaycana təsir göstərməyib". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra xarici KİV-ə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan həm Rusiya, həm də Gürcüstanla həmsərhəddir. "Hər iki ölkə ilə çox yaxşı münasibətlərimiz var və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Buna görə də Rusiya ilə Gürcüstan arasında baş verənlər münasibətlərimizə təsir göstərməyib", - deyə dövlət başçısı qeyd edib.
"Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Hesab edirəm ki, bütün ölkələr diqqətlərini öz problemləri üzərində cəmləşdirsə, dünya daha təhlükəsiz olar", - deyə Azərbaycan prezidenti bildirib.