...

Azərbaycan prezidenti Brüsseldə Avropa Birliyi ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Siyasət Materials 30 Oktyabr 2006 18:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Avropa Komissiyası ilə qarşıdakı görüşü AR-AB Əməkdaşlıq Komitəsinin müzakirə predmeti olub. Komitənin iclası oktyabrın 26-da Brüsseldə keçirilib.

Hökumətdən Trend ə verilən məlumata görə, dövlət başçısının səfəri noyabr ayına planlaşdırılıb. Səfər zamanı Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı çərçivəsində iki il ərzində görülmüş işlər nəzərdən keçiriləcək. "Bu müddət ərzində çoxlu işlər görülüb", - deyə mənbə bildirib. Əsas hadisə Azərbaycanın Avropa Qonşuluq Proqramına qoşulmasıdır. Bu, AB ilə əməkdaşlığın yeni mərhələsi olaraq, Azərbaycanın Avropa Birliyinə gələcək inteqrasiyasına zəmin yaradır.

Görülən işlərə və iki tərəfin mövqeylərinin siyasi möhkəmləndirilməsinə ölkənin prezidenti və Avropa Komissiyasının başçısı səviyyəsində yekun vurulacaq.

Gözlənilən səfərin başlıca hadisəsi energetika sahəsində strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması olacaq.

Memorandum energetika sahəsində neft istehsalçıları və tranzit ölkə - Azərbaycanla əməkdaşlığın genişləndirilməsini və tərəflər arasında enerji təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.

Memorandum AR və AB-nin energetika bazarlarının yaxınlaşdırılması, energetika sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, struktur dəyişikliklərinin aparılması, enerji təchizatında təhlükəsizliyin və ölkənin tranzit sistemlərinin gücləndirilməsi, enerji qənaəti üzrə tədbirlər və texniki əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, Avropa İnvestisyia Bankının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti